Xəbər lenti

"Bu hücumları şiddətlə qınayırıq" - David Seliverstovdan İrəvanda sinaqoqa hücum barədə açıqlama
Siyasət11:52 04.10.2023

"Bu hücumları şiddətlə qınayırıq" - David Seliverstovdan İrəvanda sinaqoqa hücum barədə açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İrəvanda ermənilər sinaqoqa hücum ediblər. Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. 
Onlar sinaqoqun divarına boya çəkib, daha sonra pəncərəsini sındıraraq, içəriyə naməlum predmet atıblar və təxribat xarakterli bu davranışı lentə alıblar.
"Magen David Group"un rəhbəri, Ümum İsrail Dağ Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri David Seliverstov baş verənlərə münasibət bildirib. 
O, Qaynarinfo-ya açıqlamasında deyib ki, bu kimi hadisələr Ermənistanın Azərbaycanın əzəli torpaqlarında törətdikləri dəhşətli hadisələri xatırladır.
David Selivestrov əlavə edib ki, Ermənistan bu gün dövlət səviyyəsində Avropa yəhudilərinin məhv edilməsində iştirak etmiş faşistləri və antisemitlərin xatirəsini əbədiləşdirir. Bu baxımdan, onlardan hansısa müsabət addımları gözləmək mümkün deyil.
"Biz tez-tez mətbuatdan ermənilər tərəfindən yəhudi millətinin ibadət evlərinə cinayətkar hücumların, təhqirlərin şahidi oluruq. Bu hücumları şiddətlə qınayır və pisləyirik. Çünki, məscid də, sinaqoq da, kilsə də Tanrının evi hesab edilir. Onlara hücum etmək, insanların inam, etiqad və mənəviyyatına hücum etmək deməkdir”, deyə David Seliverstov vurğulayıb. 
Seyid