Xəbər lenti

Bu il 9877 ailə boşanıb
Ölkə15:33 11.10.2018

Bu il 9877 ailə boşanıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2018-ci ilin yanvar-avqust aylarında ölkədə 39496 ölüm halı qeydə alını və bu göstərici əhalinin hər 1000 nəfərinə 6,0 təşkil edib.
Dövlət Statistika Komitəsindən Qaynarinfo-ya verilən xəbərə görə, bu ilin 8 ayında qeydiyyat şöbələri tərəfindən 40 235 nikah və 9 877 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub.
Cari ilin yanvar-avqust ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 2387 nəfər gələn, Azərbaycandan isə 987 nəfər gedən qeydə alınaraq miqrasiyanın müsbət saldosu 1400 nəfər təşkil edib.