Xəbər lenti

“Bu ilin birinci yarısında hərəkatımız partiyaya çevrilə bilər” - Natiq Cəfərli
Siyasət09:44 10.03.2016

“Bu ilin birinci yarısında hərəkatımız partiyaya çevrilə bilər” - Natiq Cəfərli

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“REAL hərəkatının partiyaya çevrilməsi istiqamətində proses davam edir”.

Bunu APA-ya açıqlamasında Respublikası Alternativ (REAL) hərəkatının icra katibi Natiq Cəfərli deyib.

N. Cəfərli bildirib ki, REAL-ın partiya quruculuğunda üstünlük verdiyi model hazırkı siyasi partiyaların strukturundan fərqlidir. Onun sözlərinə görə, hərəkatın 18 el məclisinin formalaşması prosesinə start verilib və artıq işlər yekunlaşmaq üzrədir: “Bütün el məclisləri formalaşdıqdan sonra qurultayın çağırılması və günün təyin olunması ilə bağlı qərar veriləcək. İşlərimiz yaxşı getsə, düşünürəm ki, bu ilin birinci yarısında partiyalaşma qurultayı keçirilə bilər”.

Qaynar.info