Xəbər lenti

Bu işçilərin orta aylıq əməkhaqqı artdı
Ekonomiks17:59 15.12.2021

Bu işçilərin orta aylıq əməkhaqqı artdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda cari ilin yanvar-oktyabr aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 2,6 faiz artaraq 722,9 manat olub.
Qaynarinfo bu barədə açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir.
Əməkhaqqı neft-qaz sektorunda 3157,3 manat, qeyri neft-qaz sektorunda 674 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 641,5 manat, özəl müəssisələrdə isə 819,3 manat olub.