Xəbər lenti

Bu marşrutun hərəkət xətti dəyişdirildi
Ölkə15:00 10.02.2016

Bu marşrutun hərəkət xətti dəyişdirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda şəhər daxilində işləyən 6 saylı avtobus hərəkət xəttini dəyişdirib.

Qaynar.info xəbər verir ki, “Baku-bus” MMC-nin mətbuat katibi Nuridə Allahyarova AzNews.az-a bildirib ki, “Formula-1” yarışlarının keçirilməsinə hazırlıq işlərinin görülməsi ilə əlaqədar bu gündən Şeyx Şamil küçəsindən sola dönərkən - İstiqaliyyət küçəsi boyunca nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Bununla əlaqədar, “Baku-bus”a məxsus 6 saylı avtobusun da hərəkəti məhdudlaşdırılıb və onun hərəkət xətti müvəqqəti dəyişdirilib. 6 saylı avtobus sabah səhər saat 8-dək Nəriman Nərimanovun heykəlinin önündən deyil, Şəhidlər Xiyabanı tərəfdən hərəkət edəcək.

Qaynar.info