Xəbər lenti

Bu obyektləri quranlar 10 min manatadək cərimələnəcək
Ölkə13:31 07.03.2025

Bu obyektləri quranlar 10 min manatadək cərimələnəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hava gəmilərinin uçuşları üçün təhlükəli quşların kütləvi toplanmasına kömək edən obyektlər quranlar 10 min manatadək cərimələnəcək.
Qaynarinfo xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, müvafiq icazə olmadan pirotexnik məmulat yandırılmasına, yaxud hava gəmilərinin uçuşları üçün təhlükəli quşların kütləvi toplanmasına kömək edən obyektlər qurulmasına görə fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə ediləcək.
Hazırda bu əmələ görə əlli manat məbləğində cərimə tətbiq olunur.
Müzkirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
Qafqaz Rafiqoğlu