Xəbər lenti

Dünya 14:54 17.11.2023

Bu ölkədə 7,2 bal gücündə zəlzələ baş verdi

Filippinin cənubundakı Saranqani əyalətində 7,2 bal gücündə zəlzələ baş verib. Tələfat və dağıntılar barədə məlumat verilmir.

Qaynarinfo xəbər verir ki, bu barədə Filippinin PNA agentliyi yerli Vulkanologiya və Seysmologiya İnstitutuna (Phivolcs) istinadən məlumat yayıb.

"Phivolcs"un məlumatına görə, zəlzələ saat 16:14-də (Bakı vaxtı ilə 12:14) Saranqanidən təxminən 30 km cənubda, 10 km dərinlikdə baş verib. PNA xəbər verir ki, intensivlik şkalası üzrə Qlan bələdiyyəsində, eləcə də General Santos şəhərində zəlzələ 8 bal gücündə hiss olunub. 
Saranqaninin digər yaşayış məntəqələrində zəlzələnin intensivliyi maksimum 5 bala çatıb.

Xatırladaq ki, Filippində insan tələfatına səbəb olan sonuncu zəlzələ 2020-ci ilin avqustunda Masbate ada əyalətində baş verib. Həmin vaxt 6,6 bal gücündə zəlzələ nəticəsində 2 nəfər ölüb, 170 nəfər yaralanıb.

Nizami Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?