Xəbər lenti

Bu peşə sahibləri artıq vergi ödəyəcək - SİYAHI
Ekonomiks11:24 14.12.2016

Bu peşə sahibləri artıq vergi ödəyəcək - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Toylarda və digər mərasimlərə iştirak edən müğənnilər, rəqqaslar, aparıcılar və şou-biznesin digər nümayəndələri sadələşdirilmiş vergi ödəyicisi olacaq.
SalamNews xəbər veri ki, bunu vergilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi məsələlər, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
Müvafiq dəyişikliklər Vergi Məcəlləsində nəzərdə tutulub.

Faəliyyət növü

Aylıq məbləğ (AZN)

Toylarda və digər mərasimlərdə iştirakedən müğənnilər, aparıcılar, rəqqaslar, aşıqlar, parodiyaçılar və digər oxşarpeşə nümayəndələri

30

Foto və video çəkilişləri, eləcə dəaudio yazı sahəsində fərdi fəaliyyət (fotostudiyalar istisna olmaqla)

30

Pinəçilər və sənətkarlar

5

Televizor, soyuducu və digər məişətəşyalarının təmiri

10

Fərdi evlərdə xidmətçilər, evtəsərrüfatında təmizlik fəaliyyəti, xəstələrə, qocalara və uşaqlara qulluq,fərdi sürücü, bağban, aşpaz və digər oxşar peşələr

10

Emalatxana işləri

20

Nazirin sözlərinə görə, bu sahənin nümayəndələri hər ay müvafiq əmsala uyğun sadələşdirilmiş vergi ödəyəcəklər:
Yuxarıda qeyd olunan şəxslər üçün sadələşdirilmiş vergi şəhərlər üzrə ayrı-ayrı əmsallarla hesablanacaq:
- Bakı (kənd və qəsəbələr daxil olmaqla) - 2
- Gəncə, Sumqayıt, Xirdalan - 1,5
- Abşeron rayonunun qəsəbə və kəndləri, Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki, Naftalan - 1
- Digər şəhər və rayonlar - 0,5
Qaynarinfo.Az