Xəbər lenti

Bu qədər - KÖŞƏ
Ölkə 15:19 19.06.2013

Bu qədər - KÖŞƏ

İdris Heydərli

 
Rus Azərbaycana Qafqaz olaraq baxar. Azərbaycansız Qafqaz Rusa məxsus olmayacaq.

İran Azərbaycana öz parçası olaraq baxar. Azərbaycansız İranın Qafqaza təsir gücü itər.

Türkiyə (Osmanlı) Azərbaycana Qapı kimi baxar. Bu qapıya sahib deyilsə, Qafqaz onun baş bəlası olar.

İmperiyalaşan hər bir güc “Günəşin və Ayın sevdiyi məkan”ı sevməz. “Günəşin və Ayın sevdiyi məkan”ı özünükü etməyə can atar.

Tarix və zaman gəlib keçən cahangirlərin tac qoyma, and içmə mərasimlərinin “Günəşin və Ayın sevdiyi məkan”da olmasının şahididir.

Bu seçimin qaynağı nədir?

Türk cahangirlər nədən gəlib bu torpaqlarda and içiblər?

Bu suala firansız Jan Jak Elize Reklyu cavab axtarırdı bir zamanlar.”İnsan və torpaq” kitabında anladır bu səbəbləri. Qərb sevmədi onu.

Biz bilmədik onu. O, qədim kitablarla  torpağın vəhdətini anlamaq istəyirdi.

Qədərimiz belə yazılıb. Yaşadığımız torpağın qədrini və qədərini bilmədən yaşamaq.

Birinə neft lazımdır, birinə qapı. Birinə bağ lazımdır, birinə dağ.

Biz isə  gözləmək məcburiyyətindən “yola veririk” nə varsa.

Yola vermədən seçim edə bilərikmi?

Qafqaz xalqları arasında “za Kavkaz” tostuna badə qaldırsaq da, Qafqaz ola bilmədik.

Əli yoluna and içib, Tormuz Əliyə vedrə bağladıq.

Kəndinə dön deyənlərə “kəndimiz” mahnısını sifariş etdik.

Nə etdik?

“Günəş və ayın seçdiyi”ni biz seçmədik.

Var olan mirasları da biz seçmədik.

Seçmədən, seçilmək qədərimizsə...

Bu qədər.   

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->