Gələn il Filippində “Supermodel İnternational-2016” beynəlxalq model müsabiqəsinin dünya finalı keçiriləcək. “Qafqazinfo”nun məlumatına görə, bu haqda məlumatı “World Beauty Congress”in Qafqaz ölkələri üzrə koordinatoru Aqil Məmiyev verib:
“Supermodel İnternational-2016”a qatılan 17 yaşlı modelimiz Nərgiz Nəsrullayeva üzümüzə gələn il noyabr ayının 11-də ölkəmizi təmsil etmək üçün Filippinə yola düşəcək. Müsabiqədə dünyanın 100-ə yaxın ölkəsindən qızlar iştirak edəcək. Hazırda Nərgiz müsabiqəyə hazırlıq mərhələsindədir, təcrübəli stilistlərlə, model treynerlərlə və fotoqraflarla çalışır. Bu yaxınlarda fotoqraf Rövşən Nazirlinin kamerası qarşısına keçdi".
Qeyd edək ki, müsabiqə 2000-ci ildən bəri hər il dünyanın nüfuzlu ölkələrində keçirilir.
Qaynar.info





