Xəbər lenti

Bu quruma sədr əvəzi təyin edildi
Ekonomiks 13:06 03.03.2025

Bu quruma sədr əvəzi təyin edildi

"Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinə sədr əvəzi təyin edilib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb. 

Sərəncama əsasən, qurumun müavini Ruslan Aslan oğlu Kəngərliyə "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədr vəzifəsinin müvəqqəti icrası həvalə edilib.

Qeyd edək ki, "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Bəhruz Əli oğlu Əsgərov vəzifəsindən azad edilib.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->