Xəbər lenti

Bu rayon xəstəxanası barədə cinayət işi açıldı
Ölkə11:10 28.02.2023

Bu rayon xəstəxanası barədə cinayət işi açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qobustan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.
Qobustan Rayon Prokurorluğundan Qayanrinfo-ya bildiilib ki, xəstəxana rəhbərliyi barədə vətəndaş müraciəti əsasında araşdırma aparılıb.
Araşdırma zamanı vəzifəli şəxslər tərəfindən külli miqdarda dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.