Ölkə 21:34 06.12.2022

Bu rayonda zəlzələ oldu

Dekabrın 6-da Gəncə seysmoloji stansiyasından 33 kilometr şimal-şərqdə - Samux rayonunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən  Qaynarinfo-ya bildirilib ki, yerli vaxtla saat 20:13-də qeydə alınan zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 3.1-ə bərabər olan zəlzələ hiss edilməyib.