Xəbər lenti

“Bu seçkilərlə separatçılar özlərinə ölüm hökmü çıxartdılar” - Politoloq
Siyasət10:15 09.09.2023

“Bu seçkilərlə separatçılar özlərinə ölüm hökmü çıxartdılar” - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Tanınmayan, separatçı qurumun bu hərəkəti təxribatdan başqa bir şey deyil və Azərbaycana öz ərazisində antiterror əməliyyatı keçirmək üçün hüquqi əsas verir”. 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Qarabağdakı separatçı rejimin bu gün keçirdiyi qondarma "prezident seçkisi"ni şərh edərkən deyib: 
"Azərbaycan qanunvericiliyinə görə, ölkənin suverenliyi, ərazi bütövlüyünə və hakimiyyətinə qarşı atılan istənilən addım dövlət əleyhinə cinayət sayılır. Yəqin ki, belə bir saxta seçki keçirənlər Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb ediləcəklər”. 
Polotoloq vurğulayıb ki, bu seçkilər qeyri-qanuni olduğundan onu təşkçil edənlər həbs olunmalıdır. Bu, Qarabağ separatçılarının son nəfəsidir. Ekspert qeyd edib ki, separatçıların atdığı bu addım Azərbaycan dövlətinə həmin saxta quruma son qoymaq üçün hüquqi əsas verir:
"Azərbaycan gözləyir ki, separatçılar daha çox belə səhvlər buraxsın. 2020-ci ildə ermənilər ciddi səhvlərə yol verdilər və nəticədə ağır məğlubiyyətə uğradılar. İndi də antiterror əməliyyatının başlanması ehtimalı çox yüksəkdir. Bu addım mütləq atılacaq. Ermənilər bütün hallarda Azərbaycan üçün başqa şans qoymadılar. Saxta seçkilər bunun pik nöqtəsidir. Yəqin ki, hansı yolla onların cəzalandırılacağı tezliklə məlum olacaq. Amma birmənalı olaraq məlumdur ki, cəzasız qalmayacaqlar”. 
Qeyd edək ki, Araik Arutyunyanın istefasından sonra bu gün Qarabağ separatçıları qondarma "prezident seçkisi” keçirirlər. İki namizəd var: biri Araik Arutyunyanın xələfi hesab olunan və "Qarabağ klanı”na daxil olan Samvel Şahramanyan, digəri Paşinyana yaxınlığı ilə tanınan Samvel Babayan. 
Rüfət Sultan