Xəbər lenti

“Bu şəhərdə”nin Coşqunu əməliyyat olundu - FOTOLAR
Maqazin12:04 06.09.2016

“Bu şəhərdə”nin Coşqunu əməliyyat olundu - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əməkdar artist Coşqun Rəhimov əməliyyat olunub. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Bu şəhərdə”nin prodüseri Müşviq Abbasov məlumat verib.
Abbasov bildirib ki, aktyorun 3 saatlıq əməliyyatı uğurla başa çatıb: “Bu gün bizim Coşqun növbəti dəfə əməliyyat olundu. İnşallah sonuncu olar. 3 saatlıq əməliyyat çox uğurlu keçdi, hər şey yaxşıdır. Coşqunun ailə üzvləri, dostları, “Bu şəhərdə” kollektivi Neftçilər xəstəxanasının rəhbərliyinə, zəhməti keçən hər kəsə, həkimlərə- Araz, İradə, Tural, Fikrət, Leyli, Eldar, Həsən, Bikə və Laləyə təşəkkürümümüzü bildiririk”.
Xatırladaq ki, 2010-cu ilin noyabrında Coşqun Rəhimovda qalxanabənzər vəzin xərçəngi xəstəliyi aşkarlanmışdı.
Qaynarinfo.Az