Xəbər lenti

Bu şəxslərin maaşlarına əlavənin verilmə müddəti uzadıldı
Ölkə11:02 02.04.2022

Bu şəxslərin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.
Qaynarinfo-nun xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2022-ci il mayın 1-dək uzadılıb.
Qeyd edək ki, bu müddət martın 1-də başa çatmışdı.