Nizami rayonu, İmadəddin Nəsimi küçəsi 98 ünvanında yerləşən "XAN Taksi” şirkəti 5 min manat cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən "XAN Taksi” adlı obyektin üzərində müvafiq icazə olmadan 10 ədəd 11,98 kv.m ölçüdə reklam aşkar edilib.
Şirkətə yayım haqqının ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, ödəniş edilmədiyindən MMC barəsində İnzibati Xətalar Məcələsinin 428.7.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə "XAN Taksi” şirkəti barəsində 5000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilib.
Əhməd