Xəbər lenti

Bu tarixdə ardıcıl 5 gün iş olmayacaq
Ekonomiks05:51 11.03.2024

Bu tarixdə ardıcıl 5 gün iş olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gündən müsəlman aləminin müqəddəs ayı sayılan Ramazan daxil olub.
Qaynarinfo xəbər verir ki, Ramazan bayramının 10-11 aprel tarixlərinə təsadüf edəcəyi gözlənilir.
Bu məqsədlə də Baş nazir Əli Əsədovun Qərarına əsasən, Ramazan bayramında ardıcıl 5 qeyri-iş günü olacaq.
Belə ki, Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə aprelin 12-si həftənin cümə gününə təsadüf etdiyindən aprelin 6-sı şənbə günü ilə yerləri dəyişdirilib.
Bu da o deməkdir ki, ardıcıl 5 gün - aprelin 10,11,12,13 və 14-ü iş olmayacaq. Aprelin 6-sı isə rəsmi iş günü elan edilib.