
Paytaxtın daha bir prospektində hərəkət məhdudlaşdırılır.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətindən Qaynarinfo.Az-a verilən məlumata görə, təmir-tikinti işləri ilə əlaqədar olaraq avqustun 4-dən 5-nə keçən gecə Qara Qarayev prospektinin Naxçıvanski küçəsi ilə kəsişməsindən ( “8-ci km. bazarı” ) Bəhruz Nuriyev küçəsi ilə kəsişməyədək olan hissəsındə ( “Laçın” ticarət mərkəzi ) avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunur.
Sözügedən hissədə hərəkət intensivliyi nəzərə alınaraq aparılacaq təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.Qayanrinfo.Az