Xəbər lenti

Bu yolda hərəkət məhdudlaşdırılır
Ölkə15:43 15.04.2022

Bu yolda hərəkət məhdudlaşdırılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabahdan Azadlıq prospektinin Sahib Zeynalov küçəsi ilə kəsişməsindən, Şamil Əzizbəyov küçəsinin kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Azadlıq prospektində aparılacaq təmir işləri 16 aprel saat 9:00-dan, 17 aprel saat 20:00-dək davam edəcək.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.​