Xəbər lenti

Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Ölkə12:59 08.08.2017

Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Sabunçu rayonu Balaxanı- Binəqədi (Balaxanı qəsəbəsinin mərkəzindən Binəqədi yolunun başlanğıcına kimi) avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən – 8 avqustdan etibarən qismən məhdudlaşdırılacaq.

 “Azəravtoyol” ASC-dən “Qaynarinfo"ya verilən məlumata görə, sözügedən avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək – yəni 3 gün, avqust ayının 11- nə kimi qüvvədə olacaq.

  “Azəravtoyol” ASC vətəndaşlardan yarana biləcək narahatlığa görə öncədən üzr istəyir, sürücülərdən alternativ yol kimi Zabrat avtomobil yolu və Ziya Bünyadov prospektindən istifadə etmələrini tövsiyə edir”, - deyə məlumatda vurğulanıb.

Qaynarinfo.Az