
Paytaxtda meteoroloji şərait nəzərə alınmaqla paytaxtın bəzi yollarında sürət həddi dəyişdirilir.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev Qaynar.iinfo-ya verdiyi məlumata görə, dumanlı, çiskinli və yağmurlu hava şəraitinin hökm sürdüyünü nəzərə alaraq, yollarda təhlükəsizliyin təmin edilməsi və yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə Heydər Əliyev Beynəlxalq Hava Limanından Böyük Şor dairəsinə, yəni metronun "Koroğlu" stansiyasının yaxınlığına qədər olan hissəsində avtomobillərin sürət həddi azaldılıb.
Bundan başqa, Zığ dairəsindən Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətindəki beton yolda avtomobillərin hərəkət sürətini göstərən elektron tabloların göstəricilərində dəyişikliklər edilib.
"Böyükşor-Hava limanı istiqamətində avtomobil yolun surət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata, bir zolaqda 100 km/saatdan 80 km/saata, axırıncı zolaqda isə 80 km/saatdan 60 km/saata endirilib. Zığ dairəsi - Hava limanı avtomobil yolunda isə surət birinci zolaqda 120 km/saatdan 100 km/saata, ikinci zolaqda 100 km/saatdan 80 km/saata; üçüncü zolaqda isə 80 mk/saatdan 60 km/saata qədər azaldılıb, - deyə Pünhan Mürsəliyev bildirib.
Qaynar.info