Xəbər lenti

"Bugünkü parlament iqtidarın islahat kursuna cavab vermir" - Partiya sədri
Siyasət06:44 28.08.2020

"Bugünkü parlament iqtidarın islahat kursuna cavab vermir" - Partiya sədri

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Demokratik seçkilərlə yeni parlament seçilməlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında AĞ Partiyanın sədri Tural Abbaslı deyib. Onun sözlərinə görə, bugünkü parlament iqtidarın bəyan etdiyi islahat kursuna cavab vermir:
"Parlamentin buraxılması barədə söhbətlər seçkilər bitəndən dərhal sonra başladı. Bu parlamentin qalması qətiyyən mümkün deyil. Həmçinin sonuncu parlament seçkilərinin hakimiyyətdaxili qrupların savaşının nəticəsi olaraq formalaşdığı da faktdır. Kimsəyə sirr deyildi ki, sonuncu parlament Mehdiyevin diqtəsi ilə formalaşıb. Əgər iqtidar Mehdiyevin və onun xəttini ziyanlı siyasi kurs hesab edirsə, məntiqlə parlament buraxılmalıdır. Bugünkü parlament iqtidarın bəyan etdiyi islahat kursuna cavab vermir. Xalq tərəfindən legitimliyi olmayanların  çoxluq təşkil etdiyi bu heyət buraxılmalıdır və demokratik seçkilərlə yeni parlament seçilməlidir”.
Tural Abbaslı qeyd edib ki, yeni seçiləcək parlament Azərbaycanın demokratik quruluşa keçidində əsas platforma rolu oynamalıdır:
"Əgər biz bunu zamanında etməsək, sonumuz heç də yaxşı olmaya bilər. Yəni, bu şansı və tarixi fürsəti qaçırmamalıyıq”.
Bahar Rüstəmli