Beynəlxalq "Buker” (International Booker Prize) mükafatının qısa siyahısı açıqlanıb.
Qaynarinfo mükafatın rəsmi saytına istinadla xəbər verir ki, qısa siyahıya altı əsər daxildir.
Qısa siyahıya alınan altı romanın hər biri fərqli dildən tərcümə olunub və siyahıda üç qitəni, altı ölkəni təmsil edir.
2022-ci ilin qısa siyahısına ilk dəfə ingilis dilinə tərcümə edilmiş müəlliflərlə yanaşı, əvvəlki qaliblər Olqa Tokarczuk və Jennifer Croft da daxildir. Qısa siyahı altı dili əhatə edir: Koreya, Norveç, Yapon, İspan, Hind və Polyak.
Qısa siyahı:
"Cənnət" (Heaven - Mieko Kawakami;)
"Elena bilir" (Elena Knows - Claudia Piñeiro);
"Yeni ad: VI-VII septologiya" (A New Name: Septology VI-VII - Jon Fosse);
"Yaqubun kitabları" (The Books of Jacob - Olga Tokarczuk);
"Qum məzarı" (Tomb of Sand Geetanjali Shree);
"Lənətlənmiş dovşan" (Cursed Bunny - Bora Chung).
Mükafatın qalibləri 26 may 2022-ci ildə elan ediləcək.
Qeyd edək ki, 2005-ci ildən təsis olunan Beynəlxalq "Buker” mükafatı ingilis dilinə tərcümə olunmuş və Böyük Britaniyada çap edilmiş əsərlərə verilir. 50 min funtsterlinq dəyərində olan mükafat müəllif və tərcüməçi arasında bərabər bölünür.