"Rusiya ilə Türkiyə nə qədər bir-birinə yaxın olasalar, bu, Azərbaycanın da maraqlarına xidmət edir".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinin ünvanına dediyi tərifli sözlərdən danışarkən deyib. Onun fikirincə, prezidentlərin bu münasibəti Azərbaycanın xeyrinədir:
"Putinə sual verəndə ki, hansı liderlərlə münasibətiniz yaxşıdır, birinci növbədə "Çinin lideri" demişdi. Ərdoğanla bağlı isə bildirmişdi ki, "bəzən fkirlərimiz üst-üstə düşməsə də, Ərdoğan kişi adamdır, verdiyi sözə əməl edir". Putinin bu açıqlamasından sonra Ərdoğan da məcbur qalıb Putini tərifləməli idi".
Elxan Şahinoğlu iki ölkənin prezidentlərinin bir-birinə münasibətini müsbət dəyərləndirir:
"Bu, çox yaxşıdır, liderlər bir-birinə inanır. Bir vaxtlar vardı, münasibətlər çox kəskin idi. Türkiyə Rusiyanın təyyarəsini sərhəddə vurandan sonra ad çəkmədən bir-birinin ünvanlarına ağır sözlər dedilər. Amma sonra münasibətlər normallaşdı, bir-birinə dost deməyə başladılar".
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putini tərifləyib.
Bahar Rüstəmli