Xəbər lenti

"Bundan sonra Rusiya üçüncü tərəf olacaq" - Aleksey Puşkov
Siyasət19:54 06.01.2021

"Bundan sonra Rusiya üçüncü tərəf olacaq" - Aleksey Puşkov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Nəhayət ki, Azərbaycan Türkiyənin hərbi müttəfiqinə çevrildi və bu, geri dönüşü olmayan bir həqiqətdir. Bakı Moskva ilə xüsusi münasibətlərini davam etdirəcək. Lakin bundan sonra Moskva həmişə üçüncü tərəf olacaq”.
Qaynarinfo xəbər verir ki, bu sözləri rusiyalı senator Aleksey Puşkov özünün Teleqram kanalında yazıb. O əlavə edib ki, "Bakının və Türkiyənin sərgilədiyi mövqe göstərir ki, Türkiyə qalıcı olaraq Qafqaza gəlir. Nəzərə alaq ki, Türkiyə NATO ölkəsidir. Bu da bölgədəki güc nisbətinin Rusiyanın əleyhinə dəyişəcəyinin sübutudur”. (konkret.az)