Xəbər lenti

“Bunun əksini sübut etmək istəyirlərsə, buyursunlar..." (ŞƏRH)
Siyasət12:13 18.12.2020

“Bunun əksini sübut etmək istəyirlərsə, buyursunlar..." (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hesab edirəm ki, Azərbaycan kütləvi şəkildə vətəndaşlarını Xocalı, Xocavənd və Xankəndinə göndərmək istəsə, Rusiya buna imkan verməyəcək. Bunun əksini sübut etmək istəyirlərsə, buyursunlar".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımlı deyib. Politoloqun fikrincə, bu prosesə bir başa Rusiya nəzarət edir:
 
"Azərbaycan vətəndaşları bilməlidirlər ki, artıq prosesə müdaxilə edənlər Ermənistan və ermənilər deyil. Prosesi idarə edən və onu tam nəzarətində saxlayan Rusiyadır. Çünki Qarabağda Rusiyanın əsgərləri və hərbi kontingentidir. Azərbaycanın nə istəməsindən asılı olmayaraq, onlar istədiklərini orada edəcəklər".
Azər Qasımlı vurğulayıb ki, Qarabağ Azərbaycanın ərazisidir və orada Azərbaycan vətəndaşları yaşamlıdır:
"Orada bələdiyyələr, yerli hakimiyyət orqanları Azərbaycan konstitutsiyasının çərçivəsində, pul vahidi Azərbaycan manatı olmalıdır və Azərbaycan qanunları işləməlidir. Bu, belə olmalıdır. Amma bunun belə olacağına mənim şübhələrim var. Çünki görünən odur ki, Şuşa şəhəri, Xocavəndin bir neçə kəndi, Hadrut və Suqovuşan qəsəbəsini çıxmaq şərti ilə Qarabağın daha böyük ərazisi bizim nəzarətimizdə deyil. Bu gün Azərbaycan valyutası orada dövriyyədə deyil.
"Azərcell", "Bakcell" orada çalışımır, bələdiyyələr, icra strukturları yoxdur. Ən əsası orada bizm nəzarətimiz yoxdur".
Bahar Rüstəmli