Xəbər lenti

Buralardan maşın sürməyin
Ölkə05:58 20.02.2016

Buralardan maşın sürməyin

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda 2 yol bağlı, 2 yolda hərəkət məhduddur.

NİİM-dən Milli.Az-a verilən məlumata görə, Əziz Əliyev küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən İçərişəhərin Qoşa Qala qapıları ərazisinə qədər olan hissəsində təmir işlərinin aparılması ilə əlaqədar yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

İstiqlaliyyət küçəsinin Əziz Əliyev küçəsi istiqamətində aparılan asfaltlama işləri ilə əlaqədar olaraq yolun bir zolağı açıq qalıb.

Qeyd edək ki, artıq bir neçə gündür ki, Heydər Əliyev prospektindən metronun "Koroğlu" stansiyası istiqamətində Keşlə qəsəbəsindən keçən yol Davud Aslan küçəsi ilə kəsişmədə bağlıdır.

Bundan əlavə, Ceyhun Səlimov küçəsi də ərazidə yeni metro stansiyasının tikintisi ilə əlaqədar Hərbi hospitalın qarşısından 3-cü mikrorayon dairəsi istiqamətində uzun müddətə bağlanıb.

Qaynar.info