Xəbər lenti

Buraxılış imtahanlarının nəticələri nə üçün gec açıqlanır? (AÇIQLAMA)
Ölkə05:42 11.04.2022

Buraxılış imtahanlarının nəticələri nə üçün gec açıqlanır? (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Buraxılış imtahanlarının nəticələrinin gec elan olunmasının səbəbi açıqlanıb.
Qaynarinfo-nun məlumatına görə, Dövlət İmtahan Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yazılı cavab tələb edən tapşırıqların yoxlanılması uzun müddət tələb edir.
"Bu səbəbdən buraxılış imtahanlarının nəticələri gec açıqlanır", - deyə əlavə edilib.
Qeyd edək ki tam (11 illik) orta təhsil səviyyəsi üzrə 5-6 mart 2022-ci il tarixlərində keçirilən buraxılış imtahanlarının nəticələri 1 aprel tarixində elan olunub.
12-13 mart 2022-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələrinin isə aprelin 10-dək elan olunması nəzərdə tutulsa da, hələ də cavablar açıqlanmayıb.