Xəbər lenti

Buta Sığorta ittihamlara cavab verdi
Ölkə08:28 24.02.2014

Buta Sığorta ittihamlara cavab verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
21 fevral tarixindəQaynar.info xəbər portalında "“Buta” Sığorta baş redaktora dəyən ziyanıniyə ödəmir?" başlıqlı yazı yayımlanmışdı.

Yazıda zərərçəkmişkimi göstərilən Bizimxeber.com saytının baş redaktoru Ədil Hüseynliiddia edirdi ki,  "Buta Sığorta" “Hyundai Auto Azerbaijan”-nın Dərnəgülservisində təmiri bir neçə gündür başa çatan avtomobilin təmir pulunuödəmir.
 Səslənən ittihamlara "Buta sığorta" cavab verib. Qaynar.info-ya daxil olan cavab məktubunu olduğu kimi təqdim edirik:

“ButaSığorta” ASC-də MI-P-130289-B31 saylı Fiziki şəxslərin sahibliyindəolan minik avtomobillərin sığortası üzrə Qaydalara əsasən sığortaolunmuş Hyundai Elantra markalı minik avtomobilinin iştirakı ilə14.01.2014-cü il tarixdə Bakı şəhəri, Mehdi Hüseyn küçəsindəyol-nəqliyyat hadisəsinin baş verməsi barədə şirkətimizin SığortaHadisələri şöbəsinin mütəxəssisinə məlumat verilmişdir. “Buta Sığorta”ASC-nin əməkdaşı dərhal hadisə yerinə çıxaraq müvafiq prosedurlarıhəyata keçirmişdir. Hadisə nəticəsində zədələnmiş Hyundai Elantramarkalı avtomobilin “Auto Azərbaycan” MMC-dən zəmanət ilə alındığınınəzərə alaraq həmin avtomobilə dəymiş zərərin ilkin qiymətəndirilməsi dəorada keçirilmişdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin931-ci maddəsinə əsasən Bir sığorta hadisəsi üzrə dəyən zərərin və (vəya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çoxsığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləriyarandıqda əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləriverilməlidir. Bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçısığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakıöhdəliklərini öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamışsığortaçıdan əvvəl yerinə yetirə bilər.

Yol nəqliyyat hadisəsininbaş verməsində AUDİ A5 markalı minik avtomobilinin sahibi zərərvuran(təqsirkar) kimi müəyyən olunmasını və həmin avtomobilin isə “AtəşgahSığorta” ASC tərəfindən “nəqliyyat vasitəsi sahiblərinin mülkiməsuliyyətinin icbari sığortası” (şəhadətnamə PAT1301861168) növü üzrəsığortalandığına görə Hyundai Elantra markalı avtomobilə dəymiş zərərüzrə sığorta ödənişi  “Atəşgah Sığorta” ASC tərəfindən həyatakeçirilməli idi.

“Auto Azərbaycan” MMC tərəfindən tərtib edilmiş20.02.2014-cü il tarixli Akta əsasən Hyundai Elantra markalı avtomobilədəymiş zərər 3973.07 manat təşkil etdiyi müəyyən edilmişdir. “AtəşgahSığorta” ASC tərəfindən “nəqliyyat vasitəsi sahiblərinin mülkiməsuliyyətinin icbari sığortası” üzrə 3200 AZN ödənildiyinə görə “ButaSığorta” ASC tərəfindən 300.00 manat azadolma məbləği çıxılmaqla 473.07manat sığorta ödənişi etmək öhdəliyi yaranmışdır.

MülkiMəcəllənin 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsindənəzərdə tutulan sənədlərdən sonuncusunun sığortaçıya daxil olduğutarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişiniverməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsəsığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildəəsaslandırılmış bildiriş təqdim etməlidir.

Qeyd olunanlaraəsasən “Auto Azərbaycan” MMC tərəfindən qiymətləndirmə aktı20.02.2014-cü il tarixdə şirkətimizə təqdim edildiyinə və 21.02.2014-cüil tarixdə sığorta ödənişi tam ödənildiyinə görə “Buta Sığorta” ASCtərəfindən qanunvericiliyin tələblərinə tam riayət olunduğunudiqqətinizə çatdırırıq.

Sığortalının öz tutduğu vəzifəsindən suiistifadə edərək KİV-də “Buta Sığorta” ASC-nin nüfuzuna və imicinə zərərvurmaqla şantaj etməsi jurnalistikaya yaraşmayan bir haldır. Inanırıqki, obyektivliyi təmin etmək məqsədilə qarşı tərəf olan “Buta Sığorta”ASC-nin də mövqeyini əks etdirən təkzib məktubu yayınlanacaq.

Qaynar.info