Xəbər lenti

BVF: Azərbaycanın cari qiymətlərə görə ÜDM-i 35% artacaq
Ekonomiks11:45 26.04.2022

BVF: Azərbaycanın cari qiymətlərə görə ÜDM-i 35% artacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Beynəlxalq Valyuta Fondu (BVF) dünya iqtisadiyyatı ilə bağlı yayımladığı yeni məruzəsində Azərbaycanın ümumdaxili məhsulunun (ÜDM) "cari qiymətlərlə" 2022-ci ildə, keçən il ilə müqayisədə 35 faiz artacağanı proqnozlaşdırıb.
Bu barədə Qaynarinfo BVF-nin rəsmi hesabatına əsasən məlumat verir.
Məlumata görə, Azərbaycanın cari qiymətlərə görə ÜDM-i 2021-ci ildə 54 milyard 622 milyon ABŞ dollar təşkil edib və cari ildə bu rəqəmin 73 milyard 369 milyon dollara çatacağı gözlənilir.
Ermənistanın ÜDM-nin isə cari qiyməylərlə dəyişməz qalaraq, 14 milyard dollar civarnda olacağı gözlənilir. 
Cari qiymətlərlə ÜDM-nin hesablanmasında, ölkədaxili məhsulların qiymət artımı ilə yanaşı, ixrac olunan malların da qiymət artımı nəzərə alınır.
Azərbaycanın cari qiymətlərlə ÜMD artımı əsasən dünya bazarlarında neft, qaz və neft-kimiya məhsullarının kəskin qiymət artımına görədir.
Sabit qiymətlərlə (2010-cu ilin sabit qiymətləri) Azərbaycanın ÜDM-i cari ildə 2021-ci ilə görə 2.8 faiz artacaq. 
BVF-nun dəyərləndirməsinə görə, 2022-də dünya iqtisadiyyatı keçən il 6.1% artsa da, cari ildə Rusiyanın Ukraynaya hücumuna görə yalnız 3.3 faiz artım gözlənilir.
Arif