Xəbər lenti

Böyük Britaniyanın xarici işlər naziri Azərbaycana gəlir
Ölkə07:20 11.12.2013

Böyük Britaniyanın xarici işlər naziri Azərbaycana gəlir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq gələn həftə Azərbaycana səfər edəcək


APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Böyük Britaniyanın Azərbaycandakı səfəri İrfan Siddiq bildirib.
 
Diplomat bildirib ki, səfərin əsas məqsədi gələn həftə TAP (Trans Adriatic Pipeline) qaz kəməri layihəsi ilə bağlı Bakıda sazişin imzalanması mərasimində iştirak etməkdir.
 
Onun sözlərinə görə, nazir səfər çərçivəsində Azərbaycan prezidenti, xarici işlər naziri və digər rəsmilərlə görüşəcək, ikitərəfli əməkdaşlıq barədə müzakirələr aparacaq.
 
Qeyd edək ki, sazişin dekabrın 17-də imzalanması nəzərdə tutulub.


Qaynar.info