Xəbər lenti

Üç dəfə əməliyyat olunan xalq artistinin son durumu (FOTO)
Sənət10:29 29.06.2021

Üç dəfə əməliyyat olunan xalq artistinin son durumu (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Uzun müddətdir Türkiyədə müalicə alan Xalq artisti Ağadadaş Ağayev artıq sağalıb.
Qaynarinfo xəbər verir ki, sənətçinin səhhəti ilə bağlı aparıcı Hacı Nuran Hüseynov şəxsi "Instagram” hesabında paylaşım edib. O, A.Ağayevin tamamilə sağaldığını və artıq vətənə qayıtdığını bildirib:
"O qədər sevincliyəm ki… Axı hər ağızda bir dua var demişdim. Axır ki, Ağayevlər ailəsi aylardan bəri ilk dəfə olaraq sevincdən ağladı.
Çünki mənim qardaşım, dostum - Azərbaycan Respublikasının Xalq artisti Ağadadaş Ağayev bu gün vətənə qayıdır.
Özü də sağlam, gümrah şəkildə. Dəfələrlə əməliyyat olunan sənətkar ölümə baş əymədi...
Göydə Allahın, yerdə xalqın duası nəticəsində qardaşım sağaldı. Ağadadaş Ağayev də inanırdı ki, sağ-salamat qayıdacaq elinə, obasına… Elə mən də inanırdım. Budur, qardaşım vətənə, ailəsinə, səhnəyə qayıdır”.
Qeyd edək ki, Xalq artisti xərçəng xəstəliyindən əziyyət çəkirdi.