Xəbər lenti

Üç günə 61 qəza, 18 ölü, 89 yaralı
Ölkə13:23 23.03.2013

Üç günə 61 qəza, 18 ölü, 89 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bayram günlərində respublika ərazisində baş verən yol qəzalarında 18 nəfər ölüb. 

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, martın 20-dən 23-dək respublika ərazisində 61 yol qəzası qeydə alınıb.

Nəticədə 18 nəfər ölüb, 89 nəfər xəsarət alıb.

K. Əliyev onu da əlavə edib ki, ötən il Novruz bayramı günlərində baş vermiş 68 yol qəzasında 17 nəfər ölmüş, 73 nəfər isə xəsarət almışdı.