
“Eurovision-2016” mahnı müsabiqəsinin qalibi olan Ukrayna təmsilçisi Camalanın paltarı Stokholmda İsveç qrupu ABBA-nın nuzeyinə qoyulacaq. Show.az xəbər verir ki, bu barədə müsabiqənin İnstagram səhifəsində məlumat verilib.
Qeyd edək ki, Camala “Eurovision”dakı qələbəsindən sonra Ukraynanın xalq artisti fəxri adı ilə təltif ediləcək.
Camala Krım tatarlarının deportasiyasına həsr edilmiş “1944” mahnısı ilə “Eurovision”un qalibi olub. .
Qaynarinfo.az




