Xəbər lenti

Canavar sürüsü Xınalığa hücum etdi
Ölkə12:49 03.11.2019

Canavar sürüsü Xınalığa hücum etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qubada yağan güclü qardan sonra canavar sürüsü Qubanın Xınalıq kəndinə girib.
Qaynarinfo-nun "Report”a istinadən məlumatına görə, kənd sakinləri bildirib ki, 7 canavardan ibarət sürü bu gecə kəndə girib.
Kənd camaatı ayıq-sayıq olduğundan, sakinlərə heç bir ziyan dəyməyib.
Səhər açıldıqdan sonra yırtıcılar kəndi tərk edib.
Sakinlərin sözlərinə görə, canavarların vurulması qadağan olduğundan yırtıcıları tüfənglə vurmağa çəkinirlər.