
“Hökumətimizdən xahiş edirəm tutulanların hamısını azad etsin”.
Bunu Qaynar.info-ya Bəhruz Hacıyevin ölümünə görə Mingəçevir Şəhər Polis Şöbəsinin qarşısında keçirilən aksiyada həbs olunanların sərbəst buraxılması üçün mərhumun atası Dilsuz Hacıyev deyib.
O bildirir ki, oğlunun dəfnində iştirak edənlərə elə oradaca müraciət edib: “Dəfnə gələnlərə qəbiristanlıqda dedim ki, məni istəyənlər evə gəlsin. Sonra mənə zəng gəldi. Dedilər cavanlar şəhərdə aksiya edirlər. Yenə onların yanına getdim və evə dəvət etdim. İndi aksiyadı olub, cavandılar, başları dumanlıdı. Qınalınası deyil. Onlar deyir ki, bu gün Bəhruzun başına gələn, sabah da bizim başımıza gələr. Onları qınamıram. Gərək məni eşidəydilər. Hökumətimizdən də balamın, mənim xətrimə onların azad edilməsini xahiş edirəm”.
Qaynar.info