Dünya 17:19 07.07.2022

Çavuşoğlu G20 toplantısında Lavrovla təkbətək görüşdü

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Lavrovla görüşüb.

Qaynarinfo bu barədə Çavuşoğlunun Twitter səfhəsinə istinadən xəbər verir.

Bəyanatda aşağıdakı ifadələr yer alıb:

"G20 Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində görüşdüyüm rusiyalı həmkarım Lavrov ilə Ukraynadakı müharibə, ərzaq təhlükəsizliyi və Suriyadakı prosesləri müzakirə etdik”.

Onlar G20 Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində təkbətək görüş keçiriblər.

Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada da Lavrov və Çavuşoğlunun İndoneziyanın Bali şəhərində keçirilən G20 Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində ikitərəfli görüş keçirdiyi bildirilib.

2022-ci ildə Rusiya və Türkiyə arasında ən yüksək səviyyədə siyasi dialoqun dinamikasından məmnun olduqlarını bildirən hər iki nazir Rusiya və Türkiyə başçıları ilə üzbəüz görüşlər də daxil olmaqla sıx təmasları davam etdirməyə hazır olduqlarını bir daha bəyan ediblər.

M.Arif