Xəbər lenti

Cəbhədə 705 dəfə atəşkəs rejimi pozub
Ölkə17:40 03.05.2013

Cəbhədə 705 dəfə atəşkəs rejimi pozub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu ilin 4 ayı ərzində Ermənistan silahlı qüvvələri 705 dəfə atəşkəs rejimini pozub, hər ki tərəfdən itkilər olub. 

Trend-in məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sabiroğlu Azərbaycanın bir qrup millət vəkili və ziyalılarından ibarət nümayəndə heyəti Azərbaycan-Ermənistan cəbhə xəttində, Beyləqan və Füzuli rayonlarındakı hərbi hissələrə baş çəkdikdən sonra səhra-döyüş şəraitində keçirilən mətbuat konfransında bildirib.

O bildirib ki, düşmən atəşkəsi Ağdam, Füzuli, Xocavənd, Goranboy istiqamətində daha intensiv şəkildə pozub. Bu ilin 4 ayı ərzində Azərbaycanın 7 hərbçisi düşmən gülləsindən həlak olub.

"Bundan əlavə, təmas xətti boyunca ATƏT sədrinin şəxsi nümayəndəliyinin mandatına uyğun olaraq 9 dəfə monitorinq keçirilib", - o deyib.

Sabiroğlu qeyd edib ki, hər dəfə monitorinqin keçiriləcəyi haqqında məlumatlar yayıldıqda ermənilər cəbhə xəttində aktivlik nümayiş etdirirlər.

Qaynar.info