Xəbər lenti

Cəbhədə gərginlik: erməni vuruldu
Ölkə14:54 29.04.2015

Cəbhədə gərginlik: erməni vuruldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində erməni hərbçi yaralanıb. Anspress-in məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi açıqlama verib.
Bildirilir ki, aprelin 28-də Tavuş vilayətində Ermənistan ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Spartak Qulinyan yaralanıb. Onu İcevan şəhərində xəstəxanaya yerləşdiriblər.
Ermənistan tərəfi iddia edir ki, Spartak Qulinyan qoşunların təmas xəttində snayperlə vurulub.
Qaynar.info