Xəbər lenti

Cəbrayılda hərbi hissənin açılışı oldu (VİDEO)
Ölkə10:33 27.04.2021

Cəbrayılda hərbi hissənin açılışı oldu (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva aprelin 26-da Cəbrayıl və Zəngilan rayonlarına səfər zamanı Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirak ediblər.
Qaynarinfo-nun məlumatına görə, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.
Dövlət başçısına məlumatına verilib ki, yeni hərbi hissədə xidməti yüksək səviyyədə aparmaq üçün bütün şərait var.
Hərbi hissədə yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları ilə görüşüb və çıxış edib.
<iframe width="640" height="360" src="//player.qaynarinfo.az/?v=604" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen="" seamless="">