Xəbər lenti

Cəlilabadda ağır qəzada ölən və yaralananların şəxsiyyəti məlum oldu (YENİLƏNİB)
Ölkə18:49 08.01.2022

Cəlilabadda ağır qəzada ölən və yaralananların şəxsiyyəti məlum oldu (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cəlilabad rayonunda ağır yol qəzasında ölənlərin və yaralıların şəxsiyyəti məlum olub.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, qəza nəticəsində Cəlilabad rayon sakinləri - "VAZ-2107" markalı minik avtomobilinin sürücüsü, 1954-cü il təvəllüdlü Xubalıyev Böyükxan İsrafil oğlu xəstəxanada, sərnişini Ağayeva Yaxşıxanım isə hadisə yerində ölüb.
Qəza zamanı habelə minik avtomobilinin digər sərnişinləri, Cəlilabad rayon sakinləri - 1955-ci il təvəllüdlü Xubalıyeva Gülarə Əliyusif qızı, 1983-cü il təvəllüdlü Quliyeva Kəmalə Böyükxan qızı və 1966-cı il təvəllüdlü Muradova Səadət Həsənağa qızı xəsarət alıblar.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, hadisə Qarazəncir kəndində qeydə alınıb.
"VAZ-2107" markalı minik avtomobili işıqlandırılmayan yolda "Kon” markalı avtomobilə çırpılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
21:08
Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, hadisə Qarazəncir kəndində qeydə alınıb.
"VAZ-2107" markalı minik avtomobilinin yol təmiri təyinatlı "Kon” markalı avtomobilinə çırpılması nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.