Xəbər lenti

Cəlilabadda daha bir qanlı olay - FOTO
Ölkə11:52 06.06.2014

Cəlilabadda daha bir qanlı olay - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cəlilabad rayonunda sərnişin taksi sürücüsünü bıçaqlayıb. 

Rayondan Qaynar.info-ya daxil olan məlumata görə, hadisə rayonun Heydər Əliyev Prospektində baş verib. Cəlilabad rayon sakini 24 yaşlı Emin Cəfərov avtomobilə əyləşmiş rayon sakinini lazımı ünvana aparıb. Daha sonra həmin şəxs deyilən ünvana çatmamış sürücüdən geri qayıdaraq avtomobili digər istiqamətə sürməyi tələb edib. 

Bu zaman isə avtomobilin yanacağı qurtarıb. Sürücü Emin Cəfərov sənişindən yanacaq almaq üçün yolhaqqını  tələb etdikdə onlar arasında mübahisə yaranıb. Bu zaman  "Qara" ləqəbli  sənişin sürücüyə yaxınlaşaraq bıçaqla ona bir neçə zərbə endirib.

Yaralı sürücü rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Hazırda faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırma aparılır.

Qaynar.info