Cəlilabad rayonunun Fətullaqışlaq kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.
Bildirilib ki, bir hektar sahədə quru ot və kol-kos yanır.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.