Xəbər lenti

Cəlilabadda intihara cəhd edən qızdan ürəkparçalayan sözlər
Ölkə17:57 15.06.2015

Cəlilabadda intihara cəhd edən qızdan ürəkparçalayan sözlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cəlilabadda intihara cəhd edən gənc qızın psixoloji problemləri olub. Axar.az-ın əldə etdiyi məlumata görə, zəhər içərək canına qəsd edən rayonun Göytəpə qəsəbə sakini Nərmin Əsmətova özünə qapanır və tənhalıqdan əziyyət çəkirmiş. 
Nərminin dindar bir qız olduğu bildirilir. Onun öz "Facebook" səhifəsində paylaşdığı qeydlər də psixoloji sarsıntıları olduğuna şübhələr yaradır. Gənc qızın statuslarında “Yaşamağa dəyməz, insanlar, sizə nifrət edirəm. Allahım, sən mənim canımı al, ölüm”,  “Darıxıram”, “İnsan bir yolçudur, məqsədi rəsullalah, xəritəsi Qurandır” kimi sözlər yazıb. 
Xatırladaq ki, N.Əsmətova maye halında olan zəhər qəbul edərək intihara cəhd edib. Gənc qızın yaxınları hadisədən xəbər tutaraq onu Cəlilabad Mərkəzi rayon Xəstəxanasına çatdırıblar. Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti ağır olaraq qalır. 
Qaynar.info