
Cəlilabad rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən avtoqəza baş verib.
Qaynar.info-nun məlumatına görə, hadisə Cəlilabad-Cəngan avtomobil yolunun Abdullu kəndi ərazində baş verib. Cəlilabad rayon Suluçeşmə kənd sakini Zeynalov Nurid "VAZ-2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil bir neçə dəfə fırlanaraq yol kənarındakı əkin sahəsinə düşüb.
Qəza zamanı sürücü ilə yanaşı avtomobildə olan qohumları Ruslan və Mütəcəb Zeynalovlar yaralı halda Cəlilabad rayon Mərkəzi xəstəxanasına çatdırılıblar.
Hadisə şahidlərinin sözlərinə görə, yenicə təmir aparılan yolda sürücü avtomobili yüksək sürətlə idarə edirmiş. Bu isə sonda mövcud qəzaya səbəb olub.
Hazırda faktla bağlı araşdırma aparılır.
Qaynar.info


