Xəbər lenti

Cəlilabadda şəhid ailəsi ilə bağlı iddialar yalan çıxdı
Ölkə11:23 24.01.2017

Cəlilabadda şəhid ailəsi ilə bağlı iddialar yalan çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün aprel döyüşlərində şəhid olmuş Röyal Nəsirovun ailəsinin dövlət tərəfindən ayrılmış 11 min manat sığorta pulunu ala bilməməsi ilə bağlı məlumatlar yayılmışdı. Lakin xəbər təsdiqini tapmayıb.
Məsələ ilə bağlı saytımıza açıqlama verən şəhidin atası İmran Nəsirov iddiaları təkzib edib. Şəhid atası bildirib ki, Cəlilabad rayonunda fəaliyyət göstərən bankların birindən 10945 manat sığorta pulunu alıblar. Bundan başqa, Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyeva da onlara 10000 manat yardım göstərib: 
"Mən orta təhsilli adamam, internetdə nə yazılıb, xəbərim yoxdur. Oğlum vətənimiz uğrunda şəhid olub. Vətən sağ olsun! Ayrılan sığorta pulunu da almışam. Jurnalistlərdən xahiş edirəm, mənim adımdan yalan xəbərlər yazmasınlar. Rayonumuzun icra başçısı Əziz Əzizovla da heç bir problemim yoxdur. Cəlilabad rayon İcra Hakimiyyəti həmişə şəhid ailələrini diqqət mərkəzində saxlayır. Bizə köməklik göstərirlər. İcra Hakimiyyətinin nümayəndələrinə təşəkkür edirəm".
Qeyd edək ki, Röyal Nəsirov 2015-ci ilin iyul ayında Səfərbərlik və Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb. Doqquz ayın əsgəri olan şəhid Röyal Nəsirov pulomyotçu kimi düşmənə qarşı vuruşub. O, Tərtər rayonu ərazisində - Qapanlı kəndi ətrafında gedən döyüşlərdə xidməti borcunu yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Qaynarinfo.Az