Xəbər lenti

Cəmil Həsənli ilə Abbas Abosovun gizli İstanbul görüşü - Şok məlumatlar
Siyasət13:55 07.11.2013

Cəmil Həsənli ilə Abbas Abosovun gizli İstanbul görüşü - Şok məlumatlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun Milli Şuranın prezidentliyə namizədi olmuş Cəmil Həsənli ilə İstanbuldakı  “Çırağan Sarayı”nda gizli görüş keçirmələri barədə bir neçə gun əvvəl məlumatlar yayılmışdı.  Bununla bağlı Gunxeber.com-a  yeni məlumatlar daxil olub. 

C. Həsənli bunu inkar etsə də, bu gün həmin görüşün təfərrüatlarına dair əlavə məlumatlar yayılıb. Həmin məlumatda göstərilir ki, qeyd olunan görüşdə  Abbas Abbasov, onun oğlu, millət vəkili Aydın Abbasov və “LUKoil” şirkətinin Türkiyə nümayəndəliyinin rəhbəri olan digər oğlu Vüsal Abbasov və Milli Şuranın prezidentliyə namizədi olmuş Cəmil Həsənli iştirak ediblər: “Amma bu hələ hamısı deyil. Mətbuatdan da bəlli olduğu kimi bu  ilin  əvvəlində “Milyarderlər ittifaqı” adından  Abbas Abbasov münasibəti olan Naxçıvan Muxtar Respublikası Baş nazirinin sabiq müavini – kənd təsərrüfatı naziri Məmməd Abbasovla  xarici ölkələrdən birində görüşmüşdü. Həmin görüşün nəticəsi kimi isə Məmməd Abbasov öz vəzifəsini itirdi.

Abbas Abbasovun Cəmil Həsənli ilə  “Çırağan Sarayı”nda gizli görüşündə iştirak edənlərdən biri də Məmməd Abbasov olub. M.Abbasov görüşdə iştirak etmək üçün Bakıdan Naxçıvana qayıtmış, oradan isə Səfər adlı türk dostunun avtomobili ilə əvvəlcə İğdıra, oradan isə İstanbula gedib. M.Abbasov da Abbas Abbasovun oğlu kimi  aldadıcı marşurutdan və başqasının avtomobilindən istifadə edərək məxfi  planlaşdırılmış görüşə diqqət çəkmədən qatılıb.

İstanbulda Abbas Abbasovun təşkilatçılığı ilə baş tütmuş görüşün məzmunu o dərəcədə məxfi saxlanılır ki, hətta Cəmil Həsənli həmin görüşü Milli Şuradakılardan və cəmiyyətdən gizli saxlamaq məcburiyyətində qalib. “Ağsaqqal” tərəfindən C.Həsənliyə sonradan görüşün təfərrüatlarının açılmaması üçün birdəfəlik olaraq həmin görüşü inkar etmək tapşırığı verilib. Abbas Abbasovun oğlu deputat Aydın Abbasov  isə artıq bəzi saytlara  açıqlamasında atasının həmin günlərdə Türkiyədə olduğunu təsdiqləyib”.

Gunxeber.com