Xəbər lenti

Cəmil Həsənli imzalarını topladı
Ölkə06:09 04.09.2013

Cəmil Həsənli imzalarını topladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin imzatoplama kampaniyası başa çatıb. 

Bu barədə Modern.az saytına Cəmil Həsənlinin Seçki Qərargahının AXCP-dən olan rəhbəri Həsən Kərimov məlumat verib.

Onun sözlərinə görə, imzalar qərargahda yoxlanıldıqdan sonra MSK-ya təqdim ediləcək. 

“İmzatoplama kampaniyası artıq yekunlaşıb. Yığılan bütün imzalar Bakıya gətirilir. 45 min imza toplanıb. Biz ekspert qrupu yaratmışıq. Onlar imzaları yoxlayandan sonra hardasa ayın 7-də   MSK-ya təqdim olunacaq. Ən azı 44 mindən çox imzanı MSK-ya təqdim edəcəyik”-deyə H.Kərimli bildirib.

Qaynar.info