Xəbər lenti

Cəmil Həsənli Milli Şuranın ehtiyat namizədi oldu
Siyasət13:00 23.08.2013

Cəmil Həsənli Milli Şuranın ehtiyat namizədi oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Şuranın sessiyasında professor Cəmil Həsənlinin əlavə vahid namizədliyi ilə bağlı səsvermə keçirilib.
APA-nın məlumatına görə, səsvermədən əvvəl C. Həsənli Rüstəm İbrahimbəyovun mövqeyini dəstəklədiyini qeyd edib.
 C. Həsənli bildirib ki, missiyanı yerinə yetirməyə hazırdır və məsuliyyətin ağırlığını dərk edir.
 Daha sonra səsvermə olub. Səsvermədə 75 nəfər iştirak edib. 73 nəfər lehinə, 1 nəfər əleyhinə, 1 nəfər isə bitərəf olmaqla, C. Həsənli Milli Şuranın əlavə vahid namizədi seçilib.
Qeyd edək ki, C. Həsənlinin namizədliyini Milli Şuranın sədri Rüstəm İbrahimbəyov sessiyaya ünvanladığı məktubda irəli sürüb.
Qaynar.info